Gəncədə Avtozavod adlanan ərəzidə, Süleyman Rəhimov küçəsində yerləşən çörəkbişirmə sexində yanğın baş verib. Hadisə haqqında Gencexeber.az-ın müxbiri 11 avqust tarixində xəbər verib.
Sexdə baş vermiş yanğını söndürmək üçün 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.