Gəncə boksçusu beynəlxalq yarışda öz qüvvəsini sınayacaq. Bu haqda məlumatı sentyabrın 15-i Apa.az-a istinadən veririk.
Gənc oğlan və qız boksçular arasında beynəlxalq turnir keçiriləcək. Yarış Serbiyanın Subotitsa şəhərində təşkil ediləcək.
Bu gün start götürəcək birincilikdə Gəncə boks məktəbinin yetirməsinin ilk rəqibi bəlli olub. 1/4 final mərhələsində Səbuhi Əlizadə 92 kiloqram çəki dərəcəsində ukraynalı Mikita Maliuta ilə görüşəcək.
Qeyd edək ki, yarışda 21 ölkədən 189 idmançı yarışacaq.