5.8 C
Gence
5.8 C
Gence

Gəncə: Boks Federasiyasında yeni təyinatlar

Gəncədə fəaliyyət göstərən Boks Federasiyasında yeni təyinatlar baş tutub. Bu haqda Gencexeber.az 29 oktyabr tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat verir.

Vidadi Tağıyev Federasiyaya sədr, Albert Qəribov  sədrin köməkçisi, Məhəmməd Əliyev isə Gəncə şəhərinin və regionun baş məşqçisi vəzifəsinə təyin ediliblər.

Bundan əlavə, boks idman növü üzrə məşqçi-müəllimlərin ümumi iclası keçirilib. İclasda boks idman növünün şəhərdə fəaliyyəti, idmançıların hazırlıq vəziyyəti və qazanılan nailiyyətlər haqqında fikir mübadiləsi aparılmışdır.

Həmçinin Nəsrəddin Məmmədov boks idman növü üzrə böyüklər arasında keçirilən respublika birinciliyində ilin ən yaxşı hakimi adına layiq görülüb.

Ən Çox Oxunan