Gəncə təmsilçisi daha dörd baksetbolçu ilə anlaşıb. Bu haqda 30 oktyabr tarixində basketbol klubuna istinadən məlumat veririk.
“Gəncə” BK heyətini ABŞ-dən olan Kenyon Dulinq, azərbaycanlı Əlibəy Məmmədli, Rüfət Mahmudzadə və Tariyel Yusifzadə ilə gücləndirib. Onlarla mövsümün sonunadək müqavilə imzalanıb.
23 yaşlı Kenyon Dulinq 190 sm. boya malikdir və pleymeyker mövqeyində çıxış edir. Onun son klubu vətənində “Dillard” olub.
Əlibəy Məmmədli müdafiəçi mövqeyində oynayır. Basketbolçu gənclərdən ibarət milli komandanın üzvüdür.
Rüfət Mahmudzadə mərkəz hücumçusudur. O, 2019-cü ildə komandamızın heyətində çempionatın bürünc medalını qazanıb.
Tariyel Yusifzadə hücumçu mövqeyində çıxış edir. O da Əlibəy Məmmədli kimi gənclərdən ibarət milli komandanın üzvüdür.