Gəncənin basketbol klubu yarımfinal oyununa hazırlaşır. Bu haqda 1 may tarixində Azərbaycan Basketbol Federasiyasına istinadən məlumat veririk.
“Gəncə BK” “NTD BK” komandasına qarşı oynayacaq. Matç 7 may tarixində saat 19:30-da Sərhədçi İdman Mərkəzində baş tutacaq. Oyun Azərbaycan Basketbol Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək.
Matçı Azərbaycan Basketbol Federasiyasının Youtube kanalında canlı yayımda izləmək mümkün olacaq.