Gəncə komandası bir oyunçusu ilə vidalaşıb. Bu haqda 15 noyabr tarixində basketbol klubuna istinadən xəbər veririk.
Söhbət amerikalı basketbolçu Neyton Sprinqsdən gedir. O, mövsümöncəsi məşqlərin birində ağır zədələnib və çempionatın heç bir oyununda meydana çıxmayıb. Onun müalicə prosesinin uzun müddət çəkəcəyi deyilib.
Bu səbəbdən basketbolçu vətəninə yollanmaq məcburiyyətində qalıb. Müdafiəçi ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.