Gəncə təmsilçisi finala vəsiqə qazanmaq üçün rəqibi ilə qarşılaşacaq. Bu haqda 12 may tarixində basketbol klubuna istinadən məlumat veririk.
Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində ümumi hesab 1:1 olub. Bu səbəbdən finala yüksələcək komandanın kimliyinə aydınlıq vermək üçün “Gəncə” BK “NTD” BK ilə yenidən oynayacaq.
Matç 16 may 19:00-da Sərhədçi İdman Olimpiya Kompleksində keçiriləcək.