18.6 C
Gence
18.6 C
Gence

“Gəncə” BK liqada pley-offa vəsiqə qazanıb

Gəncə klubu ölkə kubokunu qazandıqdan sonra çempionluq yolunda vacib sayılan pley-off mərhələsinə də vəsiqə əldə edib. Bu haqda 20 aprel tarixində Gəncəxəbər.az Kəpəz.tv-yə istinadən xəbər verir.

Nizami yurdunun təmsilçisi pley-offa son turda “Neftçi” üzərində qazandığı qələbə sayəsində yüksəlib. Gərgin keçən görüşdə son saniyələrdə 3 xallıq atışla rəqibini məğlub edən “Gəncə” finala gedən yolda adını 4 komandanın sırasına yazdırıb.

“Pley-offa çıxmağa nail olduq. Bu mərhələdəki oyunlarda çox şey şansa bağlıdır. Gərək oyunçular zədələnməsin. Artıq zədəli basketbolçularımız da var, yorğunluq da özünü büruzə verir. Mövsümün sonunda komandaların çoxu belə çətinliklərlə üzləşir. Əlbəttə, pley-off artıq başqa mərhələdir. Oyunçuların psixoloji durumu, oyun səviyyəsi daha yüksək olmalıdır, səhvlərə yol verməmək lazımdır. Fikirləşirəm ki, bütün imkanlarımız var və finala çıxa bilərik. Sonadək mübarizə aparacağıq”, – deyə “Gəncə”nin baş məşqçisi Melyunas Yediminas bildirib.

“Gəncə” BK 22 aprel tarixində “NTD” ilə doğma meydanda qarşılaşacaq.

 

Ən Çox Oxunan