Gəncə təmsilçisi ilk final oyununa çıxacaq. Bu haqda 20 may tarixində basketbol federasiyasına istinadən məlumat veririk.
Azərbaycan Basketbol Liqasında final seriyasına start verilir. Bu gün, 20 may saat 19:30-da finalistlər – “Sabah” BK və “Gəncə” BK üz-üzə gələcəklər. Matç “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.
Qeyd edək ki, seriyanın növbəti görüşləri mayın 22-si və 24-də baş tutacaq. Superseriyada ən tez üç qələbə qazanan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.