16.9 C
Gence
16.9 C
Gence

“Gəncə” BK ilk dördlükdəki yerini təmin edib

Gəncə basketbolçuları növbəti qələbələrini qazanıblar. Bu haqda 13 aprel tarixində basketbol klubuna istinadən məlumat veririk.

“Gəncə” BK “Neftçi” İK ilə qarşılaşıb. Oyun Azərbaycan Basketbol Liqasının XXVI turu çərçivəsində baş tutub.

Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutan gərgin oyunda gəncəlilərin əsas oyunçularından sayılan Cared Smol son saniyə üçlüyü ilə komandasına 87:86 hesablı qələbə qazandırıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçuları Kollin Törner (“Gəncə” BK, 24 xal, 9 asist) və Mohsen Moradxani (“Neftçi” İK, 23 xal, 8 ribaund) olublar.

Bu qələbə ilə “Gəncə” ilk dördlükdəki yerini təmin edib.

Ən Çox Oxunan