Gəncə təmsilçisi növbəti rəqibi ilə mübarizə aparıb. Bu haqda 1 noyabr tarixində basketbol klubuna istinadən xəbər veririk.
“Gəncə BK” Bakının “Xəzri” komandası ilə qarşılaşıb. Oyun Azərbaycan Basketbol Liqasının II turu çərçivəsində keçirilib. Matç təmsilçimizin 93:76 hesablı məğlubiyyəti ilə yekunlaşıb.