Gəncə təmsilçisi final mərhələsinin ikinci oyununu başa vurub. Bu haqda 23 may tarixində basketbol klubuna istinadən məlumat veririk.
Məlumat verdiyimiz kimi, “Gəncə” BK Azərbaycan Basketbol Liqasının final mərhələsində “Sabah” BK-ya qarşı mübarizə aparır. “Sarı-göylər” ilk oyunda uduzsalar da, ikinci qarşılaşmada rəqiblərini məğlub ediblər.
Sərhədçi Olimpiya İdman Mərkəzində keçirilən matç təmsilçimizin 78-74 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, üçüncü qarşılaşma 24 may tarixində keçiriləcək. Ümumilikdə final mərhələsində 5 oyun təşkil olunacaq. Üç qələbə qazanan komanda qalib elan ediləcək.