17.5 C
Gence
17.5 C
Gence

“Gəncə BK” finalda hesabı bərabərləşdirib

“Gəncə BK” rəqibini məğlub edib. Bu haqda 27 may tarixində basketbol klubuna istinadən məlumat veririk.

Azərbaycan Basketbol Liqasında final seriyasının dördüncü oyunu keçirilib. Təmsilçimiz  “Sərhədçi” İdman Mərkəzində növbəti dəfə “Sabah” ilə üz-üzə gəlib. “Sarı-göylər” bakılıları 93-90 hesabı ilə məğlub ediblər.

Beləliklə, final mərhələsində hesab bərabərləşərək 2:2 olub.

Qeyd edək ki, həlledici qarşılaşma 30 may tarixində baş tutacaq. Qalib komanda Azərbaycan çempionu elan ediləcək.

Ən Çox Oxunan