Gəncəli basketbolçular Azərbaycan Basketbol Liqasında bu gün final seriyasının ikinci oyununa çıxacaqlar. Bu haqda 22 may tarixində Report.az-a istinadən xəbər veririk.
“Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gələcəklər. Qarşılaşma saat 19:30-da start götürəcək.
Mayın 20-də baş tutmuş ilk görüşdə paytaxt təmsilçisi qələbə qazanıb – 71:69. Final seriyasının növbəti matçı mayın 24-də gerçəkləşəcək. Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Üç oyundan sonra qalib bilinməsə, mayın 27-də dördüncü və mayın 30-da beşinci duel baş tutacaq.
Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.