17.5 C
Gence
17.5 C
Gence

“Gəncə” BK final oyununda ikinci məğlubiyyətini yaşayıb

Gəncə təmsilçisi rəqibinə uduzub. Bu haqda 25 may tarixində basketbol klubuna istinadən məlumat veririk.

Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib. “Sabah” və “Gəncə” komandaları növbəti dəfə “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəlib. Təmsilçimiz bakılılara 90-93 hesabı ilə məğlub olub.

Beləliklə, paytaxt təmsilçisi 2:1 hesabı ilə önə keçib. Lakin qələbə ruhunu itirməyən “sarı-göylər” son sözlərini demədiklərini bildirirlər.

Xatırladaq ki, final mərhələsi çərçivəsində ümumilikdə beş oyun keçiriləcək. İlk matçda “Sabah” BK, ikinci qarşılaşmada isə “Gəncə” BK qələbə qazanıb. Növbəti görüş 27 may tarixində baş tutacaq.

Ən Çox Oxunan