Gəncə təmsilçisi son final oyununa hazırlaşır. Bu haqda 29 may tarixində Basketbol Federasiyasına istinadən məlumat veririk.
Azərbaycan Basketbol Liqasının final mərhələsi keçirilir. Artıq dörd qarşılaşma başa çatıb. Nəticələrə əsasən, “Sabah” BK və “Gəncə” BK heç-heçə edərək 2:2 hesabı ilə çempionluq uğrunda mübarizə aparır.
Həlledici, beşinci oyun 30 may saat 19:30-da Sərhədçi Olimpiya İdman Mərkəzində baş tutacaq. Matç Basketbol Federasiyasının Youtube hesabında və CBC Sport telekanalında canlı olaraq yayımlanacaq.