Gəncə təmsilçisi məğlubiyyətlə üzləşib. Bu haqda 11 may tarixində basketbol klubuna istinadən məlumat veririk.
“Gəncə” BK doğma meydanda Bakının “NTD” BK komandasını qəbul edib. Oyun Azərbaycan Basketbol Liqasının pley-off mərhələsi çərçivəsində baş tutub. Gəncə Olimpiya İdman Mərkəzində keçirilən matç təmsilçimizin 105:76 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qarşılaşmanın ən məhsuldar basketbolçuları Amil Həmzəyev (“Gəncə” BK, 19 xal, 4 ribaund) və Londel Kinq (“NTD” BK, 27 xal, 13 ribaund) olublar.