Gəncə basketbolçuları məğlubiyyət yaşayıblar. Bu haqda 8 aprel tarixində basketbol klubuna istinadən məlumat veririk.
“Gəncə” BK doğma meydanda Bakının “Sabah” BK komandasını qəbul edib. Oyun Azərbaycan Basketbol Liqasının XXV turu çərçivəsində baş tutub. Gəncə Olimpiya İdman Mərkəzində keçirilən matç təmsilçimizin 84:87 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qarşılaşmanın ən məhsuldar basketbolçuları Amil Həmzəyev (“Gəncə” BK, 33 xal, 3 ribaund) və Kalin Kreyn (“Sabah” BK, 20 xal, 3 ribaund) olublar.