16.9 C
Gence
16.9 C
Gence

“Gəncə” BK Bakı təmsilçisini qəbul edəcək

Gəncə basketbolçuları daha bir rəqiblərini qəbul edəcəklər. Bu haqda 7 aprel tarixində basketbol klubuna istinadən məlumat veririk.

Oyun Azərbaycan Basketbol Liqasının XXV turu çərçivəsində baş tutacaq. “Gəncə” BK doğma meydanda “Sabah” BK ilə qarşılaşacaq. Matç 8 aprel tarixində saat 15:00-da Gəncə Olimpiya İdman Kompleksində keçiriləcək.

Görüşü Azərbaycan Basketbol Federasiyasının Youtube kanalında canlı yayımda izləmək mümkün olacaq.

Qeyd edək ki, oyuna giriş ödənişsizdir.

 

Ən Çox Oxunan