Gəncə təmsilçisi finala vəsiqə qazanıb. Bu haqda 17 may tarixində Basketbol Federasiyasına istinadən məlumat veririk.
“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə növbəti oyun baş tutub. Burada təmsilçimiz “Gəncə” BK “NTD” BK ilə qarşılaşıb. Görüş Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsi çərçivəsində keçirilib.
Matç komandamızın 106:103 hesablı qələbəsi ilə başa çatıb. Oyunun ən məhsuldar basketbolçusu Cared Smol (21 xal, 8 ribaund) olub.
Həlledici görüşdə təmsilçimiz “Sabah” BK ilə qarşılaşacaq.