Gəncə basketbolçuları növbəti rəqiblərini məğlub ediblər. Bu haqda 3 aprel tarixində basketbol klubuna istinadən məlumat veririk.
“Gəncə” BK doğma meydanda “Zirvə Astara” ilə qarşılaşıb. Oyun Azərbaycan Basketbol Liqasının XXIII turu çərçivəsində baş tutub.
Gəncə İdman Olimpiya Mərkəzində keçirilən matç təmsilçimizin 98:89 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanın ən məhsuldar basketbolçuları Kollin Törner (“Gəncə BK”, 34 xal, 11 assist) və Darin Conson (“Zirvə Astara BK”, 24 xal, 4 ribaund) olublar.