13.6 C
Gence
13.5 C
Ganja

“Gəncə” BK 27 yaşlı basketbolçu ilə anlaşıb

Gəncə təmsilçisi növbəti oyunçunu heyətinə cəlb edib. Bu haqda 20 noyabr tarixində basketbol klubuna istinadən məlumat veririk.

“Gəncə” BK heyətini gücləndirib. Təmsilçimiz Donovan Fildslə anlaşıb. ABŞ-dən olan basketbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

27 yaşlı idmançı pleymeyker mövqeyində oynayır.

Qeyd edək ki, Filds son olaraq İrlandiya çempionatında “St. Vinsent” klubunda çıxış edib.

Ən Çox Oxunan