Gəncədə basketbol liqasının final oyunları keçirilir. Bu haqda 19 may tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.
Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Texnologiya Universitetinin və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində regionda ilk dəfə olaraq, Gəncə basketbol liqası təşkil olunur.
Final mərhələsi çərçivəsində 3-cü yer uğrunda oyun baş tutub. Azərbaycan Texnologiya Universitetinin və Göygöl Olimpiya İdman Kompleksinin komandaları üz-üzə gəliblər. Matçda ATU-nun komandası 69-68 hesabı ilə qalib gələrək 3-cü yerə layiq görülüb.