16.4 C
Gence
16.4 C
Gence

Gəncə basketbol liqasının ikinci dövrəsi başlayır

Gəncədə basketbol üzrə Region Liqasının ilk dövrəsi başa çatıb. Bu haqda 21 fevral tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.

Gəncədə ilk dəfə təşkil olunan basketbol idman növü üzrə Region Liqası davam edir. 22 fevral tarixində 3 dövrədən ibarət turnirin ikinci dövrəsi start götürür. Burada 7 komanda mübarizə aparacaq. Yarışlar UTECA-nın idman klubunda həyata keçiriləcək.

Qeyd edək ki, Gəncə basketbol liqası Gənclər və İdman Baş İdarəsinin, Azerbaycan Texnologiya Universitetinin və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə baş tutur.

Ən Çox Oxunan