Gəncədə region liqasının yarımfinal turu baş tutub. Bu haqda 15 may tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.
Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Texnologiya Universitetinin və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində regionda ilk dəfə olaraq Gəncə basketbol liqası keçirilir. Ötən gün yarımfinal oyunları təşkil olunub.
Mərhələnin nəticələrinə əsasən, 1-ci yer uğrunda mübarizə GDU nəzdində Gəncə Regional Kollecin komandası ilə “Telekom” Basketbol İdman Klubu arasında olacaq , 3-cü yer uğrunda isə AzTU-nun komandası ilə Göygöl Olimpiya İdman Kompleksinin komandası mübarizə aparacaq.
Qeyd edək ki, final oyunu və bağlanış mərasiminin may ayının sonunda keçirilməsi nəzərdə tutulub.