19.7 C
Gence
18.5 C
Ganja

“Gəncə” Basketbol Klubu regionda ilk qələbə qazanan komanda olub

Nizami yurdunun komandası Gəncədə ilk ev oyununa çıxıb. Bu haqda 13 fevral tarixində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.

Gəncə Olimpiya İdman Kompleksində “Gəncə BK” və “AAAF Xırdalan BK” basketbolçuları arasında ölkə çempionatının 17-ci turunun növbəti oyunu baş tutub. Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Milli Məclisin üzvü Müşfiq Cəfərov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Baş İdarənin İdman sektorunun müdiri Vüqar Xəlilov, “Kəpəz” Peşəkar Futbol Klubunun İdarə heyətinin sədri İlqar Nadiri, şəhər 1 və 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi Publik Hüquqi Şəxslərin direktorları və idman ictimaiyyətinin nümayəndələri oyunu izləyiblər.

Nizami Yurdunun komandası doğma azarkeş amilindən istifadə edərək, yeni transferlərinin parlaq oyunu ilə rəqibi üzərində 92:78 hesablı inamlı qələbə qazanıb. Matçın ən məhsuldar basketbolçuları: “Gəncə BK” (Cordan Endryus – 24 xal, 10 ribaund), “AAAF Xırdalan BK” (Endryu Korum – 21 xal, 12 ribaund).