Gəncədə bankın əmlakları satışa çıxarılıb. Bu haqda 4 aprel tarixində Apa-ya istinadən məlumat veririk.
“Gəncə Bank” ASC-nin ləğvi prosesi davam edir. Bu məqsədlə “Bakı Hərrac Mərkəzi”ndə bankın əmlakının satışı üzrə növbəti açıq hərrac keçiriləcək. Tədbir 27 aprel saat 11:00-da baş tutacaq.
Bankın Gəncə şəhəri, Atatürk prospekti, 254 ünvanında yerləşən, ümumi sahəsi 72 kvadratmetr olan qeyri-yaşayış sahəsi yenidən hərraca qoyulacaq. Əmlaka 185 min manat qiymət təyin edilib.