26.4 C
Gence
26.4 C
Gence

Gəncə: bacısını bıçaqlayan şəxsin məhkəməsi olacaq

Bacısını bıçaqlayan Gəncə sakininin məhkəməsi başlayır. Bu haqda Report-a istinadən məlumat veririk.

Hazırlıq iclası 29 dekabr tarixində Gəncə Ağır Cinayətlər Məhkəməsində baş tutacaq. Məhkəmənin hakimi Xəqani Səmədov təyin edilib.

Xatırladaq ki, hadisə 12 avqust tarixində Cavadxan qəsəbəsində baş vermişdir. 31 yaşlı şəhər sakini O.Sarıyev 29 yaşlı bacısı Ayişə Əzizovanı bıçaqlamışdır. Qadın xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

 

Ən Çox Oxunan