24.7 C
Gence
24.7 C
Gence

Gəncə: Azəriqaz İB açıq mikrofon keçirib

Gəncədə 9 dekabr tarixində sahibkarlarla görüş keçirilib. Bu haqda Azəriqaz İB məlumat paylaşıb.

Sahibkarların və vətəndaşların problemlərini dinləmək, onlara dəstək məqsədi ilə Gülüstan qəsəbəsində “açıq mikrofon” aksiyası keçirilib. Tədbirdə kafe sahibi Sənan Qocayev payız-qış mövsümündə qazın təzyiqinin aşağı olduğunu deyib. Görüşdə sahibkarlarla yanaşı digər vətəndaşlar və başqa rayonların sakinləri də iştirak ediblər.

Səsləndirilən şikayətlər arasında fərdi qazlaşma, küçə xətlərinin çəkilişi, qaz xətlərinin yerinin dəyişdirilməsi və digərləri olub. Daxil olan müraciətlər qeydə alınıb.

Ən Çox Oxunan