25.4 C
Gence
18.5 C
Ganja

Gəncə: Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan əcnəbi tələbələrlə görüş baş tutub

Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyini təbliğ etmək məqsədi ilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib. Bu barədə ADAU-nun rəsmi saytında məlumat paylaşılıb.

Görüş zamanı Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və yaxud vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, əcnəbilərin respublikamıza qanuni əsaslarla rahat gəlmələrini, qalmalarını, yaşamalarını, işləmələrini, təhsil almalarını təmin edən qanunvericilik bazası yaradılıb.

Sonda iştirakçıların verdiyi suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.