19 C
Gence
19 C
Gence

Ölkə rəhbərinin Gəncəyə səfərindən sonra çıxarılan ağaclarla bağlı açıqlama

Gəncəçay çayının sol sahilində Prezident İlham Əliyevin Gəncəyə səfəri ilə bağlı ağacların əkilməsi və daha sonra çıxarılması videosuna münasibət bildirilib. Bu haqda məlumat Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsində dərc edilib.

Qurumdan verilən məlumata əsasən, yaşıllıq zolağında qulluq göstərilməsi məqsədilə aparılan işlərin ölkə rəhbərinin şəhərə səfəri ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, Nizami Gəncəvi prospektində avtomobil yolunun kənarındakı boş torpaq sahəsinə gül və dekorativ kollar əkilib, yeni qazon örtüyü salınıb. Yaşıllıq “Gülçülük sahəsi”ndə yetişdirilib. Ərazidə Azərbaycanın milli ornametlərindən biri olan buta şəklində kompozisiya yaradılıb.

Ən Çox Oxunan