22.5 C
Gence
22.5 C
Gence

Gəncə Avtomobil Zavodunun saytının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb

Gəncədə müəssisələrdən birinin saytı bir müddət işləməyəcək. Bu haqda 11 may tarixində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən məlumat veririk.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti audit yoxlamaları aparıb. Müəyyən edilmiş təhlükəsizlik risklərinin aradan qaldırılmaması səbəbindən Gəncə Avtomobil Zavodunun http://ganjaauto.gov.az saytının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Bildirilib ki, sözügedən saytda infomasiya təhlükəsizliyi üzrə çatışmazlıqlar aidiyyəti qurumlar tərəfindən aradan qaldırıldıqdan sonra onların fəaliyyəti bərpa ediləcək.

Ən Çox Oxunan