25.8 C
Gence
25.8 C
Gence

Gəncə: avtomobil zavodunda vəfat edən şəxslə bağlı Prokurorluq məlumat yayıb

Gəncədə zavodda baş verən ölümlə bağlı Prokurorluq məlumat yayıb. Bu haqda 23 fevral tarixində Apa-ya istinadən məlumat veririk.

Qurumun mətbuat xidməti avtomobil zavodunda mühafizəçi işləyən 40 yaşlı Elçin Yusibovun 23 fevral tarixində gecə saat 3 radələrində səhhətinin pisləşdiyini bildirib. O, xəstəxanaya yerləşdirilib. Yusibova tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Səbəb “qəfləti koronal ölüm” olduğu bildirilib.

Prokurorluq əməkdaşları hadisə yerinə, meyitə və ərazidə olan təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə baxış keçiriblər.

Faktla bağlı araşdırma davam edir.

Ən Çox Oxunan