Gəncə avtomobil zavodu İB-də COVID-19 əleyhinə 3-cü doza vaksinlərin vurulmasına başlanılıb. Bu haqda Gencexeber.az 1 noyabr tarixində Trend.az-a istinadən xəbər verir.
4 gün ərzində 135 əməkdaşa 3-cü doza vaksinlərin vurulması başa çatdırılıb.
“Müəssisədə hər gün işçilərin hərarətləri xüsusi cihaz vasitəsilə yoxlanılır” – deyə, mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov söyləyib.
Qeyd edək ki, bu günədək müəssisənin 489 əməkdaşından 480-ə birinci və ikinci doza peyvənd vurulub.