Gəncədə fəaliyyət göstərən zavod və İtaliya şirkəti arasında müqavilə imzalanıb. Bu haqda 9 iyun tarixində Gəncə Avtomobil Zavoduna istinadən məlumat veririk.
Gəncə avtomobil zavodu İstehsalat Birliyinin rəhbərliyi İtaliyanın SDF qrupunda rəsmi səfərdə olub. Birliyin müşahidə şurasının sədri Xanlar Fətiyevin rəhbərlik etdiyi nümayəndə heyəti burada texnikalara, onların keyfiyyətinə və yığım şəraitinə baxıb.
İtalyan şirkətinin rəhbərliyi ilə keçirilən ikitərəfli görüş zamanı uzun müddətli strateji əməkdaşlıq şərtləri müzakirə edilib. Söhbət zamanı qeyd olunub ki, SDF qrupun istehsal etdiyi kənd təsərrüfatı texnikalarına Azərbaycanda olan marağı nəzərə alaraq, Gəncədə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə görə, zavod DEUTZ-FAHR 4100 W, 6205 g və 115 G AGROFARM modellərinin yığımını həyata keçirəcək.