Gəncədə sözügedəcək müəssisənin gəlirləri azalıb. Bu haqda məlumatı avqustun 4-ü Report-a istinadan veririk.
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi 2021-ci ili 2,022 milyon manat xalis mənfəətlə başa vurub. Göstəricilər 2020-ci illə müqayisədə 3,7 dəfə azdır.
Qeyd edək ki, ötən il müəssisənin gəliri 84,867 milyon manat təşkil edib.