18.6 C
Gence
18.6 C
Gence

Gəncə Avtomobil Zavodu Avropa keyfiyyətli traktorlar yığacaq

Gəncədə İtaliya şirkəti ilə əməkdaşlıq sənədi imzalanıb. Bu haqda 15 may tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

“Gəncə avtomobil zavodu” İstehsalat Birliyi İtaliyanın “SDF Group” şirkəti ilə müqavilə bağlayıb. Sənədi İB-nin direktoru Bağban Nəbiyev və “SDF Group”un beynəlxalq regional direktoru Umberto Miceli imzalayıblar.

Yeni model traktorların təqdimat mərasimində icra başçısı Niyazi Bayramov, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin Müşahidə şurasının sədri Xanlar Fətiyev, İtaliyanın “SDF Group” şirkətinin beynəlxalq regional direktoru Umberto Miceli və digər qonaqlar iştirak ediblər. İlkin mərhələdə zavod il ərzində 300-ə yaxın traktorun yığılmasını planlaşdırır.

“DEUTZ-FAHR 4100 W”, “6205 G” və “115 G AGROFARM” alman traktor modellərinin Azərbaycanda yığılması üçün razılıq əldə edilib. Müqavilənin şərtlərinə əsasən, əməkdaşlıq çərçivəsində yığılacaq traktorların model sırasını gələcəkdə denişləndirmək nəzərdə tutulur.

Ən Çox Oxunan