Bu gün, 12 iyul Gəncədə sosial şəbəkələrdə narkotik vasitələrini onlayn təbliğ edən Əsgər Hacıyev saxlanılıb. O, özünü cinayətkar aləmin hörmətli şəxsi kimi təqdim edirdi.
Üzərindən külli miqdarda heroin aşkar edilən Hacıyev ifadəsində internetdə məlumatların həqiqəti əks etdirmədiyini, sadəcə izləyici toplamaq istədiyini və narkotik aludəçisi olduğunu etiraf edib.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları qanunsuz narkotik saxlamaqda şübhəli bilinən daha bir sıra şəxsləri saxlayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Valeh İsmayılov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar edilib.
Kəpəz rayonunda Ramin Zeynalov və Elvin İmanzadənin üzərindən narkotik vasitə olan metamfetamin aşkar edilib. Hər iki şəxs saxlanılıb.
Şəhərin digər sakini Natiq Şükürovun üzərindən külli miqdarda narkotik vasitə olan marixuana aşkar edilib.
Faktlarla bağlı cinayət işləri açılıb