26.9 C
Gence
26.9 C
Gence

Gəncə: AQTA müfəttişləri nöqsanlar aşkarlayıblar

Gəncədə alkoqolsuz içkilərin istehsalı müəssisəsində nöqsanlar aşkar olunub. Bu haqda 15 dekabr tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat paylaşıb.

AQTA müfəttişləri “Zəhra bulağı” nişanlı qazlı suların və “Happy new year” nişanlı alkoqolsuz içkilərin digər istehsalçı şirkətlərə məxsus şüşə butulkalarda qablaşdırıldığı, etiket məlumatlarında kobud nöqsanlara yol verildiyini müəyyən ediblər. Müəssisədə sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb.

Nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, araşdırmalar davam edir.

Ən Çox Oxunan