23 C
Gence
18.5 C
Ganja

Gəncə: “Antikorrupsiya və etik davranış qaydaları” mövzusunda təlim

Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi tərəfindən Gəncədə sahibkarlar üçün təlim keçirilib. Bu haqda qurumun rəsmi Facebook səhifəsində 16 noyabrda məlumat yerləşdirilib.

Təlimin mövzusu “Antikorrupsiya və etik davranış qaydaları” olub. Peşəkar ekspert tərəfindən hüquqpozmaların subyektləri, vəzifəli şəxsin öhdəlikləri və korrupsiyaya şərait yaradan hüquqpozmalarla bağlı danışılıb.

Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.