20.3 C
Gence
15.5 C
Ganja

Gənc şahmatçımız dünya reytinqində mövqeyini gücləndirib

Gəncəli şahmatçı dünya reytinqində irəliləyib. Bu haqda məlumatı avqustun 1-i Report-a istinadən veririk.

Söhbət Gəncə şahmat məktəbinin yetirməsi olan Ülviyyə Fətəliyevadan gedir. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) açıqladığı yeni reytinq siyahısında gənc qrosmeyster 2413 xalla 41-ci pilləyə yüksəlib.

Qeyd edək ki, Fətəliyevanın bundan öncəki ən yüksək göstəricisi 2019-cu ilin dekabr ayında qeydə alınmışdır. Şahmatçımız o zaman 2387 xal toplamağa nail olmuşdur.