Gəncə şagirdləri “Zəfər dronları” layihəsində iştirak edirlər. Bu haqda Gencexeber.az 15 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat verir.
22 nömrəli orta məktəbində şagirdlər dronların modellərini əyani şəkildə hazırlanmasını həyata keçirirlər. Bundan başqa onlar sensordan istifadə edərək ağıllı əşyalar da ərsəyə gətirirlər.
Uşaqlara günəş paneli ilə işləyən maşın, külək turbinlərindən istifadə edərək alternativ enerji almaq kimi izahatlar verilib. Ağıllı layihələr çərçivəsində torpaq, yağış və rəng sensorundan istifadə edərək kiçik startaplar hazırlanır.
Qeyd edək ki, layihə Təhsil Nazirliyi tərəfindən təhsildə inkişaf və innovasiyalar üzrə beşinci qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.