26.4 C
Gence
26.4 C
Gence

Gəncə İş Adamları Birliyinin idarə heyəti Koreyalı nümayəndələrlə görüşüb

Gəncə İş Adamları (GİA) İctimai Birliyinin idarə heyəti 27 oktyabr tarixində Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin nümayəndələri ilə görüşüb. Bu haqda qurumun rəsmi saytında məlumat paylaşılıb.

Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin rəhbəri Jo Kyekwon Azərbaycan – Koreya iqtisadi əlaqələrin önəmindən bəhs edib. O, bu əlaqələrin 2006-cı ildən sonra daha da inkişaf etdiyini qeyd edib. Gələn il Azərbaycan – Koreya dövlətlərarası əlaqələrin 30 illiyi münasibəti ilə ölkəmizdə forum keçiriləcəyi bildirilib. Oraya GİA idarə heyəti də dəvət olunub.

Daha sonra Birliyin fəaliyyəti gələcəkdə planlaşdırılan layihələr haqda danışılıb. Koreya investorları Gəncəyə dəvət olunub. Jo Kyekwon təklifi müsbət qarşılıyaraq, yaxın gələcəkdə reallaşdırılmasının mümkün olduğunu qeyd edib.

Sonda Jo Kyekwon-a hədiyyə təqdim olunub.

Ən Çox Oxunan