Gəncə İş Adamları Birliyi (GİA) və Türkiyənin Müstakil Sanayici və İşadmaları Derneği (MÜSAİD) idarə heyətləri 21 oktyabr tarixində görüşüb. Bu haqda GİA məlumat paylaşıb.
MÜSAİD-in vitse prezidenti vəzifəsini yerinə yetirən Sait Yinanç iki ölkə arasındakı iqtisadi əlaqələr və gələcək layihələr haqda danışıb. Sonra GİA sədri Zəfər Məmmədov növbəti planlar barədə məlumat verib. Mərasimdə bu cür görüşlərin əlaqələrin daha da möhkəmlənməsində vacib rol oynadığı vurğulanıb. Tərəflər kənd təsərrüfatı, istehsalat, təhsil və digər sahələrdə gələcək əməkdaşlığın genişləndirilməsi məsələsini geniş müzakirə ediblər.
Tədbirdə GİA sədri Zəfər Məmmədov, aparat rəhbəri Ədalət Şahbazov, idarə heyətinin üzvləri Camid Mövsumov, Tural İsgəndərov və Fariz Əhmədov iştirak ediblər.
Qeyd edək ki, noyabr ayında Türkiyə İş Adamlarının Gəncəyə səfəri planlaşdırılır.