Gəncə İş Adamları (GİA) İctimai Birliyinin idarə heyəti 28 oktyabr tarixində Türkiyə Səfirliyinin Ticarət Müşavirliyi ilə görüşüb. Bu haqda GİA məlumat paylaşıb.
Görüşdə Azərbaycan -Türkiyə arasında qardaşlıq əlaqələrinin daha da gücləndirilməsi, əməkdaşlığın inkişafı, iqtisadi əlaqələrin önəmindən danışılıb. Bildirilib ki, sosial, mədəni və digər sahələrdə də əməkdaşlıq olduqca önəmlidir.
Ticarət Başmüşaviri Ahmet Erdal GİA-nın gələcək fəaliyyəti ilə bağlı hər zaman dəstəyə hazır olduqlarını qeyd edib.Ən qısa müddətdə Bakı və Gəncə ofisini ziyarət etmək istədiklərini bildirib.
Sonda hədiyyə təqdim olunaraq, xatirə fotosu çəkdirilib.