17.7 C
Gence
17.7 C
Gence

Gəncə İş Adamları Birliyi Türkiyə Baş Konsulu ilə görüşüb

Gəncədə 25 oktyabr tarixində Türkiyənin Gəncə Baş Konsulu Zeki Öztürklə görüş keçirilib. Bu haqda Gəncə İş Adamları Birliyi məlumat paylaşıb.

Baş Konsul ölkəmizdə iqtisadi sahədə qazanılan böyük uğurlardan danışıb. O, iki dövlət arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin yüksək səviyyədə inkişafda olduğunu bildirib.

Daha sonra Gəncə İş Adamları Birliyinin İdarə heyətinin sədri Zəfər Məmmədov gələcək layihələr haqda məlumat verib. Türkiyə iş adamları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, tədbir və layihələrdə sıx əməkdaşlıq edilməsi ilə bağlı razılıq əldə olunub.

Sonda Baş Konsula hədiyyə təqdim olunub.

Ən Çox Oxunan