Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə zəhərlənmə hadisəsi baş verib. Bu haqda 7 oktyabr tarixində TƏBİB-ə istinadən məlumat veririk.
Bu gün saat 11:30 radələrində Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 6 şagird daxil olub. 4 yeniyetməyə ilkin tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıblar. 2 nəfərin müalicəsi isə İntensiv terapiya şöbəsində aparılır. Məktəblilərin vəziyyəti orta stabildir.
Faktla bağlı araşdırma aparılır.