23 C
Gence
18.5 C
Ganja

Gəncə: 4 məktəbli Respublika Fənn Olimpiadalarında uğur qazanıb

Gəncə məktəbliləri növbəti dəfə uğur qazanıblar. Bu haqda məlumatı 20 iyun tarixində KəpəzTV-yə istinadən veririk.

Belə ki, 4 Gəncə məktəblisi Respublika Fənn Olimpiadalarının final turunda uğur qazanıb. 9-11-ci və xüsusi istedadlı 8-ci sinif şagirdlərinin iştirak etdiyi olimpiada gərgin mübarizə şəraitində keçib. Ümumilikdə 30 minə yaxın şagirdin qatıldığı olimpiada Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilib.

Qeyd edək ki, Gəncə şəhəri üzrə finala 19 şagird çıxmışdır.