20.6 C
Gence
20.6 C
Gence

Gəncə: 27 nömrəli məktəbin şagirdi cüdo üzrə təltif olunanlar arasına qatılıb

Gəncədə məktəbli cüdo üzrə keçirilən yarışda ikinci yerə layiq görülüb. Bu haqda onun şagirdi olduğu Gəncə şəhər 27 nömrəli məktəb-liseyin Facebook səhifəsində məlumat dərc edilib.

Gəncədə “TRİM” Cüdo İdman növü üzrə açıq birincilik keçirilib. Səkkizinci sinif şagirdi Abbas Hüseynov 66 kiloqram çəki dərəcəsində ikinci yer tutub.

Xatırladaq ki, Gəncə güləş məktəbinin yetirməsinin qızıl medala layiq görülməsi haqda məlumat vermişdik.

Ən Çox Oxunan