14.3 C
Gence
14.3 C
Gence

Gəncə: 19 nömrəli kitabxananın əməkdaşları “Təşəkkürnamə” ilə təltif olunublar

Gəncədə məktəb rəhbərliyi kitabxana filialının nümayəndələrini təltif edib. Bu haqda 10 fevral tarixində şəhər 13 nömrəli tam orta məktəb məlumat paylaşıb.

Təhsil müəssisəsinin rəhbərliyi 19 nömrəli kitabxana filialının müdiri Elza Əliyevanı “Təşəkkürnamə” ilə mükafatlandırıb. Buna səbəb filialın məktəblə birgə bir sıra maarifləndirici onlayn və ənənəvi tədbirlər təşkil etməsidir. Məktəbin rəhbərliyi bu əməyi yüksək qiymətləndirib.

Kitabxananın əməkdaşları isə yüksək qiymət üçün 13 nömrəli tam orta məktəbin direktor və müəllimlərinə minnətdarlığını bildiriblər. Onlar birlikdə daha maraqlı layihələrə imza atacaqlarına inandıqlarını qeyd ediblər.

Ən Çox Oxunan